Dünya əhalisinin sayı 8 milyarda çatdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu gün dünya əhalisinin sayının 8 milyard nəfərə çatdığını açıqlayıb. İnkişaf etməkdə olan ölkələrdə əhali artımı davam etsə də, Çin əhalisinin bu il pik həddə çatacağı və daha sonra azalmağa başlayacağı gözlənilir.

UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.

Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.

1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.

Dünya əhalisinin sayının 7 milyard insandan 8 milyarda yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, növbəti milyarda çatmaq üçün təxminən 14,5 il (2037-ci ilə qədər) olacağı gözlənilir.

Proqnozlara görə, Sahraaltı Afrikada əhalinin artımı yüksək məhsuldarlıq səviyyəsinə görə 2050-ci ilə qədər qlobal artımın yarısından çoxunu təşkil edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR