Milli Məclisdə “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Layihəyə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq ediləcək. Bu da cari illdəkindən 46 manat çoxdur.