Rusiyanın daha 350 hərbçisi məhv edilib – İTKİLƏR

Son sutka ərzində Ukrayna hərbçiləri daha 350-yə yaxın rus işğalçısını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu günə kimi düşmənin ümumi döyüş itkiləri təqribən 83 460 nəfər təşkil edib, onlardan 350-si son sutka ərzində öldürülüb.Rusiyanın ümumi itkiləri aşağıdakı kimi göstərilib:

şəxsi heyət – 83460 (+350) nəfər;

tanklar – 2879 (+1) ədəd;

zirehli döyüş maşınları-5808 (+4) ədəd;

artilleriya sistemləri-1865 (+5) ədəd;

reaktiv yaylım atəşi sistemləri – 393 (+0) ədəd;

hava hücumundan müdafiə sistemləri – 209 (+0) ədəd;

təyyarələr – 278 (+0) ədəd;

helikopterlər – 261 (+0) ədəd;

Əməliyyat-taktiki səviyyəli PUA – 1536 (+5) ədəd;

qanadlı raketlər – 480 (+6) ədəd;

gəmilər / qayıqlar – 16 (+0) ədəd;

avtomobil avadanlığı və yük maşınları – 4366 (+4) ədəd;

xüsusi avadanlıq – 161 (+1) ədəd.
Qeyd olunur ki, düşmən ən çox itkiləri Limanski və Avdeyevski istiqamətlərində verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR