Ruslar Ukraynaya 600-ə yaxın raket hücumu həyata keçirib

Ötən gün Rusiya ordusu tərəfindən Ukraynaya raket hücumları nəticəsində 10 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Denis Monastırski bildirib.

“Rusiya Ukraynanın hər yerində dinc əhaliyə kütləvi raket zərbələri endirməkdə davam edir. Çoxmərtəbəli binalara üç dəfə zərbə endirilib. Təəssüf ki, 10 nəfər həlak olub. Təkcə oktyabrın 10-dan noyabrın 23-dək ruslar 600-ə yaxın raket hücumu həyata keçirib”,- deyə nazir əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR