Bu ünvanlarda doqquz metro stansiyası tikiləcək

“Bakı Metropoliteni” QSC tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Stansiyalardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında olacaq”.

Bu barədə “ATV səhər”ə danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Mətbuat katibinin sözlərinə görə, iki stansiya Ziya Bünyadov prospektindən, üçüncü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın ərazidə tikiləcək:

“Bildirim ki, “Şah İsmayıl Xətai” stansiyasından sonra Ağ şəhər kimi böyük layihəmiz var. Eyni zamanda “NZS qəsəbəsi”nə doğru – 8 Noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyasının inşası nəzərdə tutulur”.///oxu.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR