Portuqaliyanın ilk qolunu kim vurub? – FİFA açıqladı

FİFA ötən gün Uruqvayla matçda Portuqaliyanın ilk qolunun müəllifinin Ronaldo olmadığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, ali futbol qurumu bildirib ki, topun üzərinə yerləşdirilən sensordan alınan məlumata əsasən Ronaldo ilk qol zamanı topa toxunuş etməyib.

“Bunun sübutu topun üzərində yerləşdirilən sensora həmin vaxt kənar müdaxilənin olmamasıdır. 500Hz İMU sistemi sayəsində bu dəqiqləşib”.

DÇ-2022-də topların içərisinə yerləşdirilmiş sensorlardan istifadə edilir. Bu həm ofsayd qərarlarını, həm də kənardan görünməyən toxunuşları müəyyən etmək üçündür.
Qeyd edək ki, Bruno Fernandeşin zərbəsi zamanı Ronaldo topa başı ilə toxunmağa çalışıb. Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolu Fernandeşin adına yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR