Rusiyanın itkiləri 90 minə çatır – Baş Qərargah

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 89440 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri – 2 915 tank, 5 877 zirehli maşın, 1 562 operativ-taktiki PUA, 1 904 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 16 gəmi, 261 helikopter, 531 qanadlı raket, 4 441 avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir”, – rəsmi məlumatda qeyd edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR