“Microsoft” 10 min işçisini ixtisar edəcək

ABŞ-nin texnologiya şirkətlərindən biri olan “Microsoft” ilin üçüncü rübünün sonuna qədər 10 min işçisini işdən çıxaracağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “Microsoft”un CEO-su Satya Nadella şirkət işçiləri ilə paylaşdığı açıqlamada bildirib..

O, bu rəqəmin şirkətin ümumi işçilərinin 5 faizindən də azına uyğun gəldiyini xatırladıb.

Müştərilərin rəqəmsal xərclərini optimallaşdırdıqlarını deyən Nadella, “Dünyanın bəzi hissələri tənəzzüldə, bəziləri isə tənəzzül gözlədiyi üçün hər sənaye və coğrafiyadakı təşkilatların ehtiyatlı davrandığını görürük”, – qeyd edib.

Nadella, bəzi sahələrdə vəzifələri ləğv etməklə yanaşı, mühüm strateji sahələrdə işə götürməyə davam edəcəklərini vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR