Abşeronda qadın özünü dördüncü mərtəbədən atdı

Abşeron rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”ndə qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan orta yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR