Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın iki “Su-25” qırcısını, bir “Ka-52” helikopterini, bir “Orlan 10” pilotsuz uçuş aparatını, 2 idarəedilən “X-59” raketini məhv edib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, son sutkada Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri Rusiya qoşunlarının cəmləşdiyi 3 ərazini və logistika anbarını darmadağın edib.