ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə başlayacağını irəli sürüb.
Bu barədə NBC telekanalı məlumat yayıb. Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti bərqərar etmək üçün əməliyyat keçirmək üçün istifadə edə bilər.
Bundan əlavə, Minixan öz tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.