KİV: Finlandiyada müqəddəs kitabların yandırılması cinayət məsuliyyəti yaradır

İsveç və Danimarkada Qurani-Kərimin yandırılması ilə bağlı yaranan gərginlikdən sonra Finlandiyanın da oxşar gərginliyin yaşamaması üçün hərəkətə keçdiyi iddia edilib.

CNN xəbər verir ki, Finlandiya mətbuatı bildirir ki, milli polis şurası müqəddəs kitabların yandırılması cinayətdir və cəzasız qalmayacaq. Müqəddəs yazıların təhqir edilməsi də buna daxildir.

Finlandiya polisi Vesa Pihajoki qərarı dəyərləndirib. “Sözügedən fəaliyyət nümayiş zamanı və ya polisin diqqətini çəkən digər vəziyyətlərdə baş verərsə, polis müdaxilə edəcək. Hesabatda Finlandiyanın dini sülhü qoruduğu vurğulanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR