Yanvarın 28-də Saakaşvilinin mətbuat katibi Daria Çij onun çəkisinin 69 kq olduğunu, məhkəmənin əvvəlində isə 120 kq olduğunu yazıb.
Siyasətçi səhhətinin son dərəcə ağır olmasından şikayətlənib. O, köynəyini yuxarı çəkərək kəskin şəkildə arıqladığını göstərib. Bundan sonra onun videokamerasını söndürüblər.
“…Bircə xahişim odur ki, mənə adekvat müalicə almaq imkanı versinlər. Lazım olsa, canımı da verəcəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, – Gürcüstanın eks-prezidenti deyib.
