“Türkiyə İsveçin NATO-ya üzvlük təklifini təsdiq etməyəcək” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya üzvlük təklifini təsdiq etməyəcək.

Ucnoqta.az xəbər verir ki, parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi fraksiyasının iclasında çıxış edən Türkiyə lideri Finlandiyanın NATO-ya qəbulu məsələsinin müsbət həll oluna biləcəyini deyib.

“İsveç vaxt itirməməlidir. Nə qədər ki, müqəddəs kitabımızın – Quranın yandırılmasına, cırılmasına icazə verəcəksiniz və bunun fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətsiz qalacaqlar, biz sizin NATO-ya daxil olmanıza “hə” deməyəcəyik. Eyni zamanda, bu məsələdə Finlandiyaya müsbət münasibət bəsləyirik”, – deyə Ərdoğan bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR