Amerikanın “Google” texnologiya şirkətinin əməkdaşları kütləvi ixtisarlara etiraz olaraq, həmçinin maaşların artırılması tələbi ilə nümayişlər keçiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Son iki gündə şirkətin Kaliforniya şəhərindəki baş qərargahında və Nyu-Yorkdakı ofislərində aksiyalar keçirilib. Bu yaxınlarda işdən çıxarılan minlərlə işçiyə də dəstək verən nümayişçilərin ümumi sayı açıqlanmayıb.
Qeyd edək ki, “Google”un sahibi olan Alfabet Corporation daha əvvəl 12 min işçini ixtisar etmək qərarına gəldiyini açıqlamışdı.