Ronaldinyo oğlunun “Barselona” ilə müqavilə imzalayacağını açıqlayıb

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya “Barselona”sı ilə müqavilə imzalayacaq.

“Report”un məlumatına görə, bu barədə əfsanəvi yarımmüdafiəçi RAC-1 telekanalına açıqlama verib.

O bildirib ki, bu ilin yanvarından Kataloniya təmsilçisinin düşərgəsində olan Mendeş bu komandada oynamağa davam edəcək: “Onun transferindən sonra “Barselona”da həmişəkindən daha çox vaxt keçirəcəyəm”.

Qeyd edək ki, Ronaldinyo 2003 – 2008-ci illərdə “Barselona”da çıxış edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR