Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünə səs verib

Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı qanun layihəsini qəbul edib.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya hökumətindən bildirilib.

Qanunverici orqanın 184 deputatı qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.

Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR