Super Liqa təmsilçisi “Qalatasaray” Mario Balotelli ilə maraqlanır.
Cebhe.info xəbər verir ki, bu barədə İtaliyanın “Calciostyle” saytı məlumat yayıb.
Qomisin yaşının irəlilədiyini nəzərə alaraq hücum xəttini gücləndirmək istəyən “sarı-qırmızılar”ın artıq danışıqlara başladığı iddia edilib.
Bundan əlavə, Balotelli də İsveçrəni tərk etmək istədiyini bildirib. Hazırda dünya şöhrətli ulduz “Sion”da pis günlər keçirir.
Ötən günlərdə forması yandırılan Balotelli komandadan ayrılmaq niyyətindədir.
İsveçrə komandasından ayrılmaq istəyən Balotellinin transferində İtaliya klubları da maraqlıdır.
Qeyd edək ki, Balotelli karyerasında “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Marsel” kimi önəmli komandalarda çıxış edib. İtaliya millisinin heyətində 32 dəfə çıxış edən Balotelli 13 dəfə qapını havalandırıb.
Xatırladaq ki, futbolçu 2021-2022-ci il mövsümündə digər Super Liqa təmsilçisi olan “Adanademirspor”da 33 oyuna çıxıb və 18 qola imza atıb.