Akşener Yavaş və İmamoğlu ilə görüşəcək

İYİ Partiya lideri Meral Akşener prezidentliyə namizəd olaraq görmək istədiyi İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşla görüşəcək.

Cebhe.info xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasını (CHP) məlumat yayıb:

“Hörmətli bələdiyyə sədrlərimiz Mansur Yavaş və Əkrəm İmamoğlu Meral Akşenerin İYİ Partiya Mərkəzi Qərargahı xaricində ziyarət tələbinə müsbət yanaşdı. 

Bu görüşdə onlar iradələrinin sədrimizlə bağlı olduğunu və Kamal Kılıçdaroğlunu namizəd kimi görmək istədiklərini çatdıracaq. Həmçinin, ittifaqın davamını tələb edəcəklər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR