Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb.
O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.