“Girçi” müxalifət partiyası Tbilisidə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir.
Ucnoqta.az xəbər verir ki, mitinqdə çoxu tələbələr olan bir neçə yüz adam iştirak edir. Mitinqin görüntüləri yerli telekanallar tərəfindən yayımlanır.
“Biz məcburi qarovulun [həbsxanalarda qarovul saxlamağın] ləğvini tələb edirik.Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkməli, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal şərait yaratmaqdan, onlara şərait yaratmaqdan başlamalıyıq və əmək haqqı verməliyik”, – parlamentdəki Girçi siyasi qrupunun rəhbəri İaqo Xviçya bildirib.