Zəlzələdə ölən xarici ölkə vətəndaşlarının sayı

ürkiyədə zəlzələ nəticəsində 7 minə yaxın xarici ölkə vətəndaşı həyatını itirib. 

Türkiyənin 11 vilayətində böyük dağıntılara səbəb olan zəlzələdən 37 gün keçir. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ nəticəsində 6660 xarici ölkə vətəndaşının zəlzələdə həyatını itirdiklərini deyib.

Nazirin sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Suriya vətəndaşlarıdır. Soylu ümumilikdə zəlzələ nəticəsində ölənlərin sayının 48 448-ə çatdığını qeyd edib. 

Xatırladaq ki, fevralın 6-da mərkəzi Türkiyənin Kahramanmaraş şəhərində olan 7,7 maqnitudalı və 9 saat sonra 7,6 maqnitudalı iki yeraltı təkanlar qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR