Çin səlahiyyətlilərinin 2003-cü ildə Sars epidemiyasını lazımi səviyyədə qiymətləndirmədiyini açıqlayaraq ölkə hökumətini və dünya ictimaiyyətini xəbərdar edən və bununla da epidemiyanın nəzarət altına alınmasına səbəb olan çinli həkim Jiang Yanyong vəfat edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Çin Səhiyyə Nazirinin ictimaiyyətə həqiqəti demədiyini açıqlayan Dr. Jiangın məktubu xarici mediaya sızmışdı və nəticədə Çin rəsmiləri ictimaiyyəti çaşdırdıqlarını etiraf edərək üzr istəmişdilər.
Bu məktubdan sonra Ümumdünya Səhiyyə Təşkilatı bölgədə hərəkətə keçərək görülən tədbirlər sayəsində virusu daha da yayılmadan nəzarət altına almışdılar.