Ramazan bayramı ərəfəsində Hatayda zəlzələdə həyatını itirənlərin ziyarəti zamanı göz yaşları sel olub, fəryadlar ürəkləri parçalayıb.
“HaberGlobal” xəbər verir ki, mərkəzləri Kahramanmaraş olan 11 vilayətdə baş verən zəlzələlərin ən çox dağıntı və can itkisinə səbəb olduğu Hatayda Ramazan bayramı ərəfəsində məzarlıq ziyarətləri başlayıb.
Xüsusilə, zəlzələdə həyatını itirənlər üçün yaradılan qəbiristanlıqlarda sıxlıq yaranıb. Həyatını itirənlərin məzarlarına gələnlər gül əkib, bəzəklər ediblər. Dua oxuyan vətəndaşlar məzar başında gözyaşı töküb.
Bəzi nömrələnmiş qəbirlərin düzüldüyü və məzar daşlarının qoyulduğu görülüb. Digər tərəfdən məzar daşları və nömrə lövhələrində zəlzələdə həyatını itirənlərə aid xüsusi əşyalar diqqət çəkib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı 50500-ə çatıb.


