Ukrayna Moskvaya kütləvi hücum planı hazırlayıb – Vaşinqton Post

Ukrayna kəşfiyyatı fevralın 24-də Rusiyanın genişmiqyaslı hücumunun ildönümündə Moskvaya kütləvi zərbələr planlaşdırıb, lakin ABŞ-ın xahişi ilə bundan imtina edib.

Bu barədə “Vaşinqton Post” bildirib.

“Bəzi ABŞ rəsmiləri Rusiyaya, xüsusən də ABŞ silahları ilə hücuma çox riskli əməliyyat kimi baxıblar. Onların fikrincə, bu, Putin üçün o qədər hədələyici görünə bilərdi ki, o, taktiki nüvə silahından istifadə edərdi”, – deyə qəzetin ABŞ kəşfiyyatının məxfi sənədlərinə istinadən yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR