Xəbər verdiyimiz kimi, Ukrayna PUA-larla Kremlə hücum edib.
Bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-ni məhv edib, itki yoxdur.
Kremldən verilən məlumata görə, bu, 9 May – Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidentinə sui-qəsd cəhdidir: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.
Həmçinin bildirilib ki, hücum zamanı Rusiya prezidenti Vladimir Putin Kreml sarayında olmayıb.
Hücumun görüntülərini təqdim edirik: