Bakıda dəhşət: Qısqanc ər bıçağı arvadının kürəyinə sancdı

Bakıda ər arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Namil Əhmədov qısqanclıq zəminində arvadı Elnarəni bıçaqlayıb.

Kürəyindən bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Namil Əhmədov qaçıb.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR