Ukrayna SQ: Baxmutun müdafiəsi davam edir

Baxmutun müdafiəsi üçün döyüş əməliyyatları davam edir.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

O qeyd edib ki, Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib və bu qoşunların hücum əməliyyatlarının ilk uğurudur.

Sırskinin sözlərinə görə, son günlər göstərdi ki, Ukrayna ordusu hətta son dərəcə çətin şəraitdə də irəli gedərək düşməni darmadağın edə bilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR