Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib.

Ukrayna KİV-i xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi.

Xatırladaq ki, 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR