Finlandiyanın Rusiyadakı nümayəndəliklərinin bank hesabları dondurulub.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirlik məsələ ilə bağlı araşdırma aparacağını deyib: “Xarici İşlər Nazirliyi Finlandiyanın Rusiyadakı nümayəndəliklərinin hesablarının dondurulduğunu və istifadə edilə bilməyəcəyini təsdiqləyir. Vəziyyət ciddidir, məsələ araşdırılır”.
Finlandiyanın Rusiyadakı nümayəndəlikləri bu ölkənin səfirliyinin yerləşdiyi Moskvada və baş konsulluğun olduğu Sankt-Peterburqda fəaliyyət göstərir.