Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirib.
APA xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
O bildirib ki, belə bəyanatlar vermək Ermənistanın və onun xalqının səlahiyyətidir.
“Biz Ermənistan Baş nazirinin bəyanatına 2022-ci ilin oktyabrında Praqa sammitində tutduqları mövqenin təsdiqi kimi baxırıq. O zaman birgə bəyanat qəbul olunmuşdu və həmin bəyanatda 1991-ci ilin Almatı Bəyannaməsinə istinad vardı. Hansı ki, həmin bəyannamədə keçmiş sovet respublikaları arasındakı sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır”, – Rusiya XİN rəsmisi qeyd edib.