Putinin ən yaxın adamından sensasion açıqlama: “Ukrayna ordusunu dünyanın ən güclülərindən biri etdik”

Rusiyada, eləcə də dünyada “Putinin aşbazı” kimi tanınan Yevgeni Priqojin heyrətamiz açıqlamalar verməkdə davam edir.

İki həftə öncə RF ordusunun generallarını sərt dillə qınayan və söyən, sursat çatışmazlığı səbəbindən Baxmutu tərk edəcəklərinin anonsunu verən Priqojin daha sonra rəhbərlik etdiyi özəl hərbi təşkilatın – “Vaqner”in Baxmutda qalmasını təmin etmişdi.

Bu dəfə Yevgeni Priqojin belə deyib: “Xüsusi əməliyyat Ukraynanın denazifikasiya üçün edilib… Biz isə Ukraynanı bütün dünyada tanınan bir xalqa çevirmişik.  Ukraynanı legitimləşdirdilər… İndi demilitarizasiyaya gəlincə…  Əgər xüsusi əməliyyatın əvvəlində onların şərti olaraq 500 tankı var idisə, indi onların beş min tankı var.  Əgər o vaxt 20 min döyüşçü məharətlə döyüşürdüsə, indi bu rəqəm 400 mindir.  Biz onu necə demilitarizasiya etdik?  İndi əksinə, kim bilir, biz Ukraynanı necə hərbiləşdirmişik”.

Mütəxəssislərin fikrincə, rəhbərlik etdiyi hərbi birləşmə məhv olmaq üzrə olduğundan o, döyüş meydanından çəkilmək niyyətindədir, ancaq “vətən xaini” elan edilərək tribunala veriləcəyini bildiyindən buna risk etmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR