“Qarabağ” iki futbolçu ilə yollarını ayırıb.
Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ramil Şeydayev və Filip Ozobiç ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Klub hər iki oyunçuya təşəkkür edib.
Ramil Şeydayev 2021-ci ilin yayından “Qarabağ”da çıxış edirdi. Filip Ozobiç isə 2018-ci ildə “Qəbələ”ni “atlılar”a dəyişib.