Almaniyada bu qədər maaş alan kasıb sayılır

Alman tədqiqatçısı Volfqanq Lauterbax Almaniyadakı yoxsulluq həddi ilə bağlı açıqlamalar verib. 

AZXEBER.COM xəbər verir ki, Volfqanq Lauterbax bildirib ki, xalis gəliri ayda 1450 avrodan az olanlar yoxsul sayılırlar. Bu rəqəm Almaniyada təxminən 2900 avro olan orta gəlirə əsaslanır.

Digər tərəfdən, Lauterbax qeyd edib ki, bu orta gəlirdən üç dəfə çox qazanan insanlar varlı olurlar.

Bununla belə, vurğulanıb ki, yoxsulluq həddindən aşağı düşməmək üçün 14 yaşından kiçik uşağı olan tək valideynlərin 2021-ci ildə 1492 avro xalis ailə gəliri olmalıdır. Uşaqları olmayan cütlüklər 1721 avrodan az qazanırlarsa, yoxsul sayılırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR