Avtomobil piyada keçidində 2 qadını eyni anda vurub ÖLDÜRDÜ… VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının Yasamal rayonunda iki gün əvvəl 2 qadın piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

NİİM-dən  verilən məlumatda bildirilib ki, piyada keçidindən istifadə edən piyadaları minik avtomobili vurub:

“Hadisə 2 gün əvvəl axşam saatlarında paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən xahiş edir ki, yollarda piyada keçidi olduğunu bildirən nişanlara xüsusi diqqət yetirsinlər. Piyadalara isə tövsiyə olunur ki, piyada keçidləri olsa belə, sürücülər tərəfindən onlara yol veriləcəyinə əmin olduqdan sonra yolu keçsinlər. Hərəkət iştirakçıları yollarda ehtiyatlı olsalar, belə qəzaların sayı azalar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR