Erməni tərəfi cəbhədə ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək təxribat törətməklə bölgədə vəziyyəti gərginləşdirir.
Xezerxeber.az-ın məlumatına xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan ordusu düşmənin təxribata hazırlaşdığını öncədən bilirdi və bu təxribatın qarşısını almaq üçün tam hazır vəziyyətə gətirilmişdi.
Ordumuz cəbhədə baş verənlərə qarşı kifayət qədər təsirli və adekvat cavab tədbirlər görməkdədir.
Cəbhə bölgəsindəki son hadisələr Ermənistanın hələ də öz məkirli əməllərindən əl çəkmədiyini və normallaşma prosesinə mane olduğunu göstərir.
Hərbi ekspertin fikrincə, Ermənistan mövqelərimizi atəşə tutmaqla həm də daxili gərginlikdən diqqəti yayındırmaq istəyir.
Bir sözlə, məğlub Ermənistan və onun havadarları “dəmir yumruğ”un ağrısını unutmamalıdır. Azərbaycan tərəfi bu təxribatları törədənləri hər an susdura bilər. Çünki istənilən ölkənin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi onun tam müstəsna hüququdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: