Vəzifəsindən azad edilən Surovikinin uzun müddət sonra FOTOSU yayıldı

Bir müddətdir ortalıqda görünməyən Ukraynadakı Rusiya qüvvələrinin sabiq başçısı, rus generalı Sergey Surovikinin mülki fotosu yayılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Sergey Surovikinin ötən ay təyyarə qəzasında dünyasını dəyişən “Vaqner”in rəhbəri Yevgeni Priqojinə yaxın olduğu bildirilir.

“General Sergey Surovikin çöldədir. Sağ, sağlam, evdə, ailəsi ilə, Moskvada. Şəkil bu gün çəkilib”, – Rusiyanın tanınmış media nümayəndəsi Kseniya Sobçak bazar ertəsi Telegram-da paylaşdığı şəklin altında yazıb.

Generalın arvadı Annaya oxşayan qırmızısaçlı qadınla qol-qola gəzən gün eynəkli kişinin əks olunduğu fotonun həqiqiliyi hələ də təsdiqini tapmayıb.

General Surovikin ən yaxınlarda Vaqner qüvvələrini qiyam zamanı hərəkətlərini dayandırmağa çağıran bir videoda ictimaiyyət arasında görünüb. Bir neçə gün sonra mediada onun həbs olunduğu bildirilib, lakin onun harada olması barədə rəsmi məlumat olmayıb.

Xatırladaq ki, Surovikin oktyabrda Ukraynadakı Rusiya qüvvələrinin başçısı təyin edilib, lakin üç ay sonra vəzifəsindən azad edilib. O, Rusiyanın Suriyadakı əməliyyatları zamanı vəhşiliyi ilə məşhurlaşıb və “General Armageddon” kimi tanınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR