Rusiyadakı fəaliyyətinə görə Finlandiya Parlamentində “Pepsi” satılmayacaq

Finlandiya parlamentinin binasında artıq Pepsi məhsulları satılmayacaq.

Qaynarinfo “Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bunu Yle-yə parlamentdəki restoranın rəhbəri deyib.

Artıq xaricdən gətirilən Pepsi içkiləri piştaxtalardan yığışdırılıb.

Qeyd edək ki, bir müddət əvvəl deputat Tuomas Kettunen Amerika şirkətinin Rusiyadakı fəaliyyətinə görə onun məhsullarının parlament binasında dayandırılmasını tələb edib.

PepsiCo Rusiya Federasiyasındakı biznesinə görə Ukrayna tərəfindən müharibənin beynəlxalq sponsorları siyahısına daxil edilib. 

Xatırladaq ki, Skandinaviya ölkələrindəki təşkilatlar Ukraynanın Rusiya Federasiyasında fəaliyyətini dayandırmaqdan imtina etdiyi üçün müharibənin sponsoru kimi elan etdiyi məşhur şirniyyat istehsalçısı, Amerika şirkətlər qrupu Mondelez-in boykotuna tədricən qoşulub.

Aprel ayında İsveçli araq istehsalçısı Absolut isveçlilərin brendi boykot etmək çağırışları fonunda Rusiyaya bütün ixracı dayandırdığını elan edib. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR