“Muğanbank” yeni vakansiyalar elan edib

“Muğanbank” ASC Lombard kreditləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 Vəzifə              Lombard kreditləri üzrə mütəxəssis

Maaş 500 – 1000 manat (satışa görə əlavə bonus)
Şəhər Bakı
Yaş 20 – 45
Təhsil Ali
İş təcrübəsi 1 il
E-mail [email protected]

Vəzifəyə olan tələblər:

–      Potensial müştərilərin axtarışı və cəlb edilməsi;

–      Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;

–      Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;

–      Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

–      Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş vaxtı – Həftə içi – 09:00-18.00

Namizədə tələblər

-Bank, Kredit təşkilatı və-ya Lombardda təcrübə;

-Mövcud Lombard portfeli olan mütəxəssislərə üstünük verilir

-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

VəzifəƏməliyyat üzrə mütəxəssis
Maaş500 – 800 AZN
ŞəhərBakı
Yaş25 – 35
TəhsilAli
İş təcrübəsi3-5 il
E-mail[email protected]

Vəzifəyə olan tələblər:

– Hüquqi və fiziki şəxslərə Bank hesablarının açılması ;
– Valyuta və manat əməliyyatları;

– Depozitlərin qəbul edilməsi ;
– Təcili pul köçürmə sistemləri;

– Qüvvədə olan bank qanunvericiliyini və normativ-hüquqi aktları bilməsi

 İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək

Namizədə tələblər

– Ali təhsil;
– Azı 3 il bank sahəsində iş təcrübəsi
– Ofis proqramlarında sərbəst işləmək bacarığı;
– Azərbaycan, ingilis və rus dillərində danışıq bacarığı;

– Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti;
– Ünsiyyət qurma bacarığı və müştəri ilə işləmək bacarığı;

– İşinə məsuliyyətli yanaşma 

VəzifəBiznes proseslərinin idarəedilməsi departamentində analitik
Maaş   00:17800-1000 AZN
ŞəhərBakı
Yaş25 – 35
TəhsilAli
İş təcrübəsiAzı 1 il bank stajı
E-mail[email protected]

Vəzifəyə olan tələblər:

–    Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri

–    Tələblərin izlənilməsi

–    Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi

–    Biznes tələblərinə görə hesabatların hazırlanması

–    Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi

–    Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi

       –    Maliyyə bazarının analizi

       –     Müxtəlif analitik materialların hazırlanması

–    Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi

–    Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması

–    Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi

–    Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi

–    Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi

–    Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək

–    Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;

–    Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək

–    Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti;

–    Biznes müzakirələri aparmaq (məsələn, hədəfləmə və seqmentləşdirmə strategiyaları) üçün müştəri davranışı haqqında məlumatların əldə edilməsi və nəticələrin biznes tərəfdaşlarına və yüksək səviyyəli liderlərə aydın şəkildə çatdırılması

 İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək

Namizədə tələblər

-Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır)

-Analitik kimi minimum 1 il iş təcrübəsi (Bank təcrübəsinin olması arzuolunandır)

-İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları

-Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək

-Bank biznes proseslərini anlamaq

-Bazarın əsas oyunçularını tanımaq

-Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır)

-Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı

-Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları

-Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi

-Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)

-Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)

-Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;

-Məlumatların vizuallaşdırılması (Tableau, Power BI və ya digərləri)

-Böyük məlumat bazasının təhlilin aparılması

-Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti

-Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi

-Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər

-Adaptasiya və sərbəst araşdırma qabiliyyəti

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR