Serbiya prezidenti Aleksandar Vucic sentyabrın 9-da Belqradın mərkəzində yürüş edəcək icma üzvlərinə LGBT bayrağının dalğalandırılması tələbinə mənfi cavab verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, şəhərdə bayraqların asılması ilə bağlı müraciət aldığını vurğulayıb və əlavə edib ki, “heç nə asılmayacaq”.
Vuçiç əlavə edib ki, o, heç vaxt LGBT icmasının nümayəndələrinin hüquqlarını pozacaq heç bir iş görməyib, lakin o, bayrağı asmayacaq.
“Dövlət – çox ciddi bir məsələdir” – o, deyib.
Serbiyanın paytaxtında sentyabrın 4-dən 10-dək LGBT icmasına dəstək tədbirləri, o cümlədən sentyabrın 9-da şəhər boyu yürüş keçirilir.