Vatsap kanallar funksiyasını qlobal miqyasda işə salıb.
Bu barədə META şirkətinin qurucusu Mark Zukerberq şəxsi feysbuk hesabında paylaşım edib.
Xarici mətbuatın yazdığına görə, qeyd olunan funksiya növbəti həftələrdə 150-dən çox ölkədə istifadəçilər üçün əlçatan olacaq.
Telefon nömrəniz kimi hesabınızın digər şəxsi məlumatları adminlər və digər izləyicilər üçün bağlı olacaq.
