Səbaildə Ulu öndər Heydər Əliyevin anım günü qeyd edilib-FOTO,VİDEO

NDA_6682

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, Ümummilli liderimiz Heyər Əliyevin vəfatının dönümü ilə əlaqədar hər il olduğu kimi Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərimiz əziz xatirəsinə dərin hörmət və ehtiramla anılır.

Səbail rayon rəhbərliyi, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin və KİV nümayəndələrinin, çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilmişdir.

İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyev – həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə və qələbələrdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, mərhumiyyətlərə rəğmən öz məramına ucalan tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Hey­dər Əli­ye­vin cə­miy­yə­tin iq­ti­sa­di, si­ya­si, so­sial, mə­də­ni sa­hə­lə­ri­nin ən müx­tə­lif aspektlərini əha­tə edən ge­niş dia­pa­zon­lu və ör­nək ola­sı fəa­liy­yə­ti, müa­sir döv­rün ən ak­tual prob­lem­lə­ri­nə ya­ra­dı­cı mü­na­si­bə­ti onu mil­li li­der­dən, rəh­bər və si­ya­si xa­dim­dən bə­şə­ri ide­ya­la­rın car­çı­sı­na, ümum­bə­şə­ri də­yər­lə­ri daim zən­gin­ləş­di­rən hik­mət və söz sa­hi­bi­nə çe­vir­miş­dir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu öndərin ölməz işıqlı obrazı yaşayır.

Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ümummilli lider, ulu öndər, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalmışdır və qalacaqdır.

Ulu öndər müstəqil Azərbay­ca­nın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dün­ya­nın aparıcı dövlətlərinin etibarlı tə­rəfdaşına çevrilməsində, sözün hə­qiqi mənasında, böyük işlər gördü. Heydər Əli­yev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, və­tən­daş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbay­can xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” – deyən ulu ön­dər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.

Bü­tün dün­ya­nın eti­raf et­di­yi bö­yük döv­lət xa­di­mi, gör­kəm­li si­ya­sət­çi, müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin me­ma­rı, zə­ma­nə­mi­zin na­dir şəx­siy­yət­lə­rin­dən bi­ri Hey­dər Əli­yev çox zən­gin irs qo­yub get­miş­dir. Hey­dər Əli­ye­vin nə­zə­ri ir­si həm­çi­nin Azər­bay­can döv­lət­çi­li­yi­nin ya­ran­ma­sı, qo­run­ma­sı və in­ki­şaf et­di­ril­mə­si­nin əsa­sı­dır. Bu əsər­lər si­ya­si ta­rix, azər­bay­can­çı­lıq, və­tən­daş­lıq, döv­lət qu­ru­cu­lu­ğu, və­tən sev­gi­si, və­tə­nə həd­siz mə­həb­bət dərsliyidir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.

Azərbaycanı öz siyasi iradəsi və uzaqgörən dövlətçilik təcrübəsi ilə firavan həyata qovuşduran ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümü Bakının Səbail rayonunun ictimaiyyəti tərəfindən də dərin kədər hissi ilə qeyd edilir. Bu münasibətlə rayonumuzda anım tədbirləri keçirilib. Orta məktəblərdə ilk dərs Heydər Əliyevə həsr edilib, müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil olunub, əbədiyaşar liderin zəngin həyatından, görkəmli fəaliyyətindən bəhs edən stendlər hazırlanıb.

Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.

Əldə etdiyimiz inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim xalqın maraqlarına xidmət göstərir və Azərbaycan öz inkişafında bu illərdə qazandığı uğur və nəticələrə dayanaraq XXI əsrin daha möhtəşəm tarixini yazmağı, miqyaslı və nəhəng vəzifələrin həllini hədəf götürür.

Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”

Sonra tədbirin bədii hissəsində Azərbaycan Televiziyası və Radiosunun «Niyazi» adına simfonik orkestri (dirijor Nazim Hacıəlibəyov) və Cahangir Cahangirov adına xor, xalq artistləri Ramiz Quliyev və Murad Hüseynov,  əməkdar artistlər Aygün Bəylər və Azərin, tanınmış ifaçilar Ramin Qasımov, Samir Səfərov, Mədinə Şahgəldiyeva, balaban ifaçıları Fariz Əliyev, Həsən Ağayev və başqaları çıxış  etmişlər.

NDA_6671NDA_6687NDA_6694NDA_6710NDA_6743NDA_6767NDA_6778NDA_6815NDA_6876NDA_6884NDA_6911

 

 

 

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR