Milli Məclisin üzvü Jalə Əliyeva : “ Böyük Britaniya XİN-nin mövqeyi bizi sevindirir”

images-1

11 dekabrda  Azərbaycan, Ermənistan və Gürcüstan məcburi köçkünlərinə dair Böyük Britaniya Xarici İşlər Nazirliyi hesabat yayıb. Hesabatda Cənubi Qafqazda əhalinin 1991-ci ildə böyük yerdəyişmə etdiyi deyilir. Hesabatda qeyd edilib ki, Cənubi Qafqazda həlli uzadılan münaqişələr Azərbaycan və Gürcüstanda geniş qaçqın icmalarının yaranmasina səbəb olub: “Cənubi Qafqaz 1991-ci ildən bəri xalqların böyük yerdəyişməsinə şahidlik edib. Regionun həlli uzadılmış münaqişələri Azərbaycan və Gürcüstanda hakimiyyət üçün iqtisadi yükü artıran geniş məcburi köçkün icmalarının yaradılmasına səbəb olub. Sənəd 20 il ərzində ərazi münaqişələri nəticəsində regionun üç ölkəsində( Azərbaycan, Gürcüstan, Ermənistan) yaşayan qaçqın və məcburi köçkünlərin sayına nəzər yetirib.

BMT-nin Qaçqınlar Agentliyinin məlumatına görə, Azərbaycan əhalisinin 1 milyon 495 nəfərini qaçqın, 600 min nəfəri isə məcburi köçkün kimi qeydə alınıb. Bu onu göstərir ki, Azərbaycan öz yaşayış yerlərini tərk etmiş insanların sayına görə dünyada ən böyük rəqəmə sahib ölkələrdən biridir( əhalinin sayı 9,6 milyondur).

Məcburi köçkünlərin əsas hissəsi Dağlıq Qarabağ və Ermənistanın nəzarətində olan Azərbaycan torpaqlarının sakinləridir ki, 1990-94-cü illərdə silahlı münqaşələr nəticəsində evlərini tərk edib. (salamnews.org).
Hesabatla bağlı Milli Məclisin üzvü Jalə Əliyeva qafqaznews.org-a bildirib ki: “ Böyük Britaniya Xarici İşlər Nazirliyinin mövqeyi bizi sevindirir. Biz həmin ölkənin rəsmi şəxslərinə təşəkkür etməliyik ki, faktı etiraf ediblər. Ona görə ki, bu gün dünyanın inkişaf eləmiş və özünü demokratik hesab edən ölkələrinin bir çoxu Azərbaycan həqiqətlərinə ikili standartla yanaşır. Hətta Avropa parlamenti özünün əsaslandırılmamış bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına  qoyur”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR