Ebolaya görə bu ölkədə Yeni ili bayram etmək qadağan olundu

75367_res_01

Syerra-Leone rəhbərliyi Ebola virusunun yayılması ilə əlaqədar Milad günü və Yeni il bayramlarının kütləvi şəkildə qeyd olunmasını qadağan edib.

Bu barədə azvision.az “Reuters”ə istinadən xəbər verir.

Qadağaya riayət olunmasını ölkə hərbçiləri həyata keçirəcəklər. Bayram zamanı onlar şəhər küçələrini nəzarətə götürəcək və küçəyə çıxan ölkə sakinlərini evlərinə qaytaracaqlar. Qadağanın konkret olaraq nə vaxta qədər davam edəcəyi bilinmir.

Hazırda fövqəladə vəziyyət elan olunan ölkədə barlar, gecə klubları, həmçinin insanların kütləvi şəkildə toplaşdığı digər yerlər qapalıdır. Lakin hələlik ölkədə insanların küçəyə və işə getməsinə qadağa qoyulmayıb.

Qeyd edək ki, Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 6388 nəfəri keçib.Ümumilikdə bu xəstəliyə 17 942 nəfər yoluxub.

Virusun əsas yayılma ocağı yenə də Sierra-Leondur. Dekabrın 1-dən 7-nədək bu ölkədə Ebolaya 397 yeni yoluxma faktı qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR