Dekabrın 14-də külək, yağış və qar gözlənilir

img1702240
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 14-də şimal küləyi əsəcək, gecə və səhər bəzi ərazilərdə arabir 23-28 m/s-dək güclənəcək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Temperaturun gecə 4-6° isti, gündüz 6-9° isti isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 6-10° isti,
dağlarda gecə 0-4° isti, gündüz 4-6° isti olacağı gözlənilir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR