Azərbaycanda əhalidən tüfənglər yığışdırılır

56534Xaçmazda və Bakıda iki tüfəng götürülüb

Xaçmazda və Bakıda vətəndaşlardan sənədləri olmayan iki tüfəng götürülüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verditi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonuun Niyazabad kəndində qanunsuz ov edən Köhnə Xudat kənd sakini Osman Qocayevdən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülüb.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Seymur Əliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR