Hollivud heyrətdə qaldı Adətən Hollivud ABŞ ordusuna yeni silahlar yaratmaq üçün ideya verir. Ancaq bu dəfə əksinə oldu. Ameriaknın Dəniz Hərbi Qüvvələri yeni robort balıqlar istehsal etməyə başlayıb. Bu barədə Vircinanın “Daily Press”nəşri məlumat yayıb. Yeni hərbi layihə “Silent Nemo” (sakit heç kim) adlanır. Bu ad 2003-cü ildə Disney-filmin istehsal etdiyi “Finding Nemo”dan götürülüb.
Bu balıqlar pilotsuz olacaq. Biometrik cihazın ləqəbi də var: “Ruh şəkilli üzgüçü”. Uzunluğu 1.75 metr, çəkisi 40 kg. olacaq “balıq”la bağlı elmi araşdırmalar davan edir. Artıq sualtı sınaqlar uğurla başa çatıb.
Robort-balıq 130 metr dərinlikdə üzə bilər. Yeni ildən istehsal oluna biləcək “balığın” dəyəri isə 1 milyon dollar olacaq. Həmin balıqların dünyanın dörd bir yanına göndəriləcəyi gözlənilir. Təbii ki, kəşfiyyat xidmətində belə “balıq”lar ciddi işlər görə bilər.
musavat.com