Bakıda sürücü Nəqliyyat Departamentinin əməkdaşını döydü – (Fotolar)

76138_res_01

Gecə Bakının Yasamal rayonu ərazisində taksi sürücüsü Nəqliyyat Departamentinin əməkdaşını döyüb. Hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt şəhərinə işləyən taksilərin dayandığı yerdə baş verib.

Bakı sərnişin və yük daşıma departamentinin əməkdaşı 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən 50 CK 149 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü, Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən uzaqlaşaraq məsuliyyətdən qaçıb.

Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım maşını ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.

Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkən Mirsadıq Həmidovun izahatı alınıb. Polis nəqliyyat nəqliyyat işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb.

Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək (anspress.com).

Qeyd edək ki, dəfələrlə Nəqliyyat Nazirliyinin əməkdaşlarının taksi sürücülərini döyməsi halları baş verib. Bu dəfə isə bunun əksi olaraq taksi sürücüsünün nəqliyyat müfəttişini döyməsi hadisəsi baş verib.

76141_src76140_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR