
Çelyabinskili tələbə həyatında intim münasibət olmadığı üçün intihara cəhd edib. “The Daily Star”ın yazdığına görə, 25 yaşlı gənc bu arzusunu həyata keçirmək üçün yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atmağa çalışıb. Amma bəxtindən yerə düşə bilməyib, binanın qabağındakı ağacın budaqlarına ilişib. Onu bu addımı atmağa yalnızlığı məcbur edib. Belə ki, o, bir il öncə sevgilisindən ayrılıb və ötən müddət ərzində özünə yeni sevgili tapa bilməyib. Nəşrin yazdığına görə, ağacdan asılı qalan gəncin səsini qonşuları eşidib və fövqəladə hallar üzrə xidməti hadisə yerinə çağırıblar. Hadisə yerinə gələn xilasedicilər müəyyənləşdirib ki, baş tutmamış intihar nəticəsində gəncin bədənində bəzi cızıq və yaralar var. Amma gənc onu xilas edənlərə təşəkkür etməyib. Əksinə, xidmətin işçilərinə qarşı aqressiv davranıb. Dostları isə bildiriblər ki, 25 yaşlı “sevgilisiz” qalan gənc psixoloji kurslar keçməyə razı olub.musavat.com