Türklər azərbaycanlı futbolçunu qovdu

79751“Qaziantep Böyükşəhər Belediyespor” Rəhman Hacıyev ilə yollarını ayırıb

Türkiyə aşağı divizionunda çıxış edən “Qaziantep Böyükşəhər Belediyespor” azərbaycanlı futbolçu ilə yollarını ayırıb.

ANS PRESS-in məlumatına görə, klub həmyerlimiz Rəhman Hacıyev ilə yollarını ayırmaq barəsində qərar qəbul edib.

“Qaziantep BB” baş məşqçisi Hakan Kutlu mətbuata verdiyi açıqlamasında liqanın ikinci yarısında daha güclü bir heyət qura bilmək üçün çalışdıqlarını söyləyib:

“Bu çərçivədə gələcəkdə birgə çalışmağı düşünmədiyimiz futbolçuların önünü açmaq üçün danışıqlar apardıq. Bəzi futbolçularla görüşdük və onlarla çalışa bilməyəcəyimizi söylədik. Azərbaycanlı oyunçu Rəhman Hacıyevlə də qarşılıqlı razılaşaraq yollarımızı ayırdıq”, – deyə klubun baş məşqçisi bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR